ADY-də kadr dəyişikliyi: Baş mühəndis şirkət rəhbəri oldu
"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Dəmiryolservis" MMC-nin direktoru Ədalət Bağırov vəzifəsindən azad edilib.BUTA.TV xəbər verir ki, şirkətə rəhbərlik Əfsələddin Gəncalıyevə həvalə olunub. O, indiyə qədər kommersiya qurumunun baş mühəndisi olub.