EN

Ətin qiyməti nə qədər bahalaşacaq? - İqtisadçılar həyəcan təbili çalır

Bu günlərdə ətin qiyməti yenə bahalaşıb. Bahalıq artıq Bakının kənd və qəsəbələrində də müşahidə olunur. Sakinlər bildirir ki, ötən il 13 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 15 manata çatıb.



Qəssablar bildirir ki, qiymət artımında onların hansısa rolu yoxdur və bu, yerlərdəki bahalaşma ilə əlaqədardır. Statistika göstərir ki, Azərbaycana ət idxalı ötən illə müqayisədə 36 faizdən çox artıb. Bu da onu göstərir ki, hökumət ölkədə ətin bahalaşmasının qarşısını almaq üçün müəyyən addımlar atır. Söhbət donmuş ətdən gedir.



Beləliklə, iqtisadi şərtlərə görə Azərbaycanda ətin qiyməti ucuzlaşmalı idi. Biz Azərbaycanda bunu müşahidə etmirik. Nəticə çıxır ki, bahalaşma ya süni şəkildə edilir, ya da insanlar  donmuş ət məhsullarını almaqda maraqlı deyillər. Eyni zamanda toyuq məhsullarının da qiyməti bahalaşıb. Ətə həsrət qalan vətəndaşlar toyuq məhsullarına da yaxın dura bilmirlər. Ekspertlər deyirlər ki, ətin qiyməti məsələsi nəzarətdə saxlanılmalı, əhalinin əlçatanlığı üçün müəyyən qiymət güzəştləri edilməlidir.



Əgər nəzarət olmasa, ətin qiyməti 20 manata kimi qalxa bilər.



Referans.az" target="_blank">Referans.azxəbər verir ki, mövzu ilə bağlı musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirir ki, idxal olunan ət məhsullarının böyük bir hissəsi dövlətin ehtiyaclarını ödəmək üçün sifariş edilir.



Bu cür sifarişlərin bazara çıxması az hallarda olur:



"Məsələn, ordunun ət məhsulu ilə təmin edilməsi üçün bu cür sifarişlər edilir. Eyni zamanda dönərxanalar üçün də xaricdən hazır vəziyyətdə ət gətirilir. Bu da ət məhsulu adı altında ölkəyə daxil olur. Belə sifarişlərin bazara təsir imkanları azdır. Daha çox dövlət orqanlarının sifarişi ilə və onların elan etdikləri tenderlərə görə gətirilir.

Azərbaycanda diri heyvanların bazara gətirilməsi daha çox təsir edir. İribuynuzlu və xırdabuynuzlu mal-qara daha çox Gürcüstandan idxal olunur. Söhbət ondan gedir ki, idxal artdıqca ölkədə yerli istehsal azalır. Yerli istehsalın azalması isə qiymətlərə ciddi təsir edir. Çünki son illərə nəzər saldıqda Azərbaycanda iribuynuzu və xırdabuynuzlu heyvanların say artımı təəssüf ki, müşahidə olunmur. Bunun da ən böyük səbəblərindən biri ondan ibarətdir ki, bir neçə il öncə pambıqçılığın inkişafı ilə bağlı qərar verilərkən regionlarda bu qərarın yerinə yetirilməsi qüsurlu oldu. Örüş yerləri və mal-qara üçün yem bazası kimi nəzərdə tutulmuş yerlərdə pambıq əkdilər. Nəticədə mal-qaranın yem bazası azaldı və yemin qiyməti kəskin artdı. Yem qiymətlərinin artması isə bir çox fermerləri bazardan çıxmağa vadar etdi. Kiçik sahibkar və fermerlər bu işlə məşğul olmaqdan vaz keçdilər. Digərləri də yemi baha aldıqlarına və xərcləri çoxaldığına görə ətin də qiymətini artırdılar.



Eyni zamanda inflyasiyadan sonra ölkədə hər şeyin qiymətinin qalxdığı bir dövrdə ət istehsalçısının qiyməti artırması qaçılmaz idi. Onların xərcləri artdıqca məcburdurlar ki, qiymətdə dəyişiklik etsinlər. Həmçinin ölkədə ətə tələbatın yüksəlməsi və bunun qarşılığında yerli istehsalda artımın olmaması da çox ciddi təsir etdi. Xaricdən gətirilənlər isə yerli tələbatı ödəməyə kifayət etmir. Bütün bu sadaladıqlarımızı nəzərə alanda Azərbaycanda ətin qiymətinin sürətlə artımı gözlənilən idi”.


Ekspertin sözlərinə görə, Azərbaycanda süni qiymət və süni bahalaşma anlayışı yanlış anlaşılır:

"Azərbaycanda Tarif Şurasından başqa tənzimlənən qiymət siyasəti aparan yoxdur. Azərbaycanda süni qiymət artımı varsa, deməli, bazar iqtisadiyyatı yoxdur.



Ölkədə bahalaşmanın qarşısını almaq üçün dövlətin təşviq proqramları olmalıdır. Qarabağ işğaldan azad olunub. Qubadlıda, Kəlbəcərdə ənənəvi heyvandarlığı dirçəltmək olar. Bunun üçün insanların sürətlə oraya köçməsinə və bu yerlərdə yaxşı şəraitin yaradılmasına imkan yaradılmalıdır. İstehsalı bu yollarla artırmaq olar. İqtisadiyyatın qanunu budur ki, məhsul bolluğu olmadan qiymət aşağı düşmür. Təşviq siyasətinin aparılması çox vacibdir. Yalnız bundan sonra qiymətlər sabitləşə, hətta bir müddətdən sonra aşağı da düşə bilər”.




/redaktor.az


Chosen
57
35
referans.az

10Sources