Bakı. Trend:
İspaniya kralı VI Felipe, güclü yağışlardan zərər çəkmişValensiya bölgəsinə baş çəkərkən qəzəbli yerli sakinlərin etirazıilə qarşılaşıb. Sakinlər kralın üzərinə zibil və palçıq atıb, onu"qatil" deyə səsləyiblər.
Trend-in verdiyiməlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərdə kralıncangüdənlərinin onu izdihamdan çətirlə qorumağa çalışdıqları,jurnalistlərin isə etirazçıların "palçıq atəşi" altında qaldıqlarıgörünür.
Yerli sakinlər, İspaniya hakimiyyətinin daşqınlar səbəbindənyaranmış fəlakətlə mübarizə üsulundan narazıdırlar. Ölkəninşərqində 200-dən çox insan təbii fəlakət nəticəsində həyatınıitirib və bu rəqəm artmağa davam edir.
Qeyd edək ki, İspaniyada həlak olanlar üçün üç günlük matəm elanolunub və bir sıra tədbirlər, o cümlədən idman yarışları təxirəsalınıb.