EN

Sandudan öndədir: Bu türk Moldova prezidenti ola bilər - Dosye

Xəbər verdiyimiz kimi, Moldovada keçirilən seçkilərdə sabiq baş prokuror Aleksandr Stoyanoğlu və hazırkı Prezident Maya Sandu mübarizə aparır.

Axar.az xəbər verir ki, Aleksandr Stoyanoğlu səslərin 90%-nin sayılmasından sonra cüzi üstünlüklə (50,81%) irəlidədir.

A.Stoyanoğlu (Aleksandr Stoyanoglo) 3 iyun 1967-ci ildə anadan olub, etnik qaqauzdur, Moldova və Rumıniya vətəndaşlığı var. Stoyanoğlu rumın, rus, qaqauz və türk dillərində danışır.

1992-ci ildə hüquq fakültəsini bitirib və Qaqauz Elində prokuror işləyib. O, 2009-2014-cü illərdə Moldova parlamentinin üzvü olub, 2019-cu ildə isə Moldovanın baş prokuroru təyin edilib. 2020-ci ildə Maya Sandu onu vəzifədən kənarlaşdırıb.

5 oktyabr 2021-ci ildə Stoyanoğlu korrupsiya ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

2023-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Stoyanoğlunun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib. 2024-cü ilin fevralında Kişinyov məhkəməsi ona bəraət qərarı çıxarıb.

O, 2024-cü il Moldova prezident seçkilərinə Sosialistlər Partiyasının dəstəyi ilə qatılıb. Oktyabrın 20-də keçirilən seçkilərdə qalib müəyyən edilmədiyindən 3 noyabrda prezident seçkilərinin ikinci turu keçirilib və qaqauz lider qalib gəlib.

Chosen
26
50
axar.az

10Sources