EN

İsrail "Hizbullah"ın PUA mütəxəssisini məhv etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail hərbçiləri Livandakı "Hizbullah" təşkilatının hava qüvvələrinin səhra komandiri Əli Bərəkatı öldürüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Bərəkat, İsrailə pilotsuz uçuş aparatının (PUA) hücum planlarının müəlliflərindən olub.
"O, həmçinin "Hizbullah" üçün qanadlı raketlərin və PUA-ların hazırlanmasında iştirak edib", - mətbuat xidməti əlavə edib.
Qeyd olunur ki, İsrail ordusu "Hizbullah"ın hava qüvvələrinə qarşı əməliyyatları davam etdirəcək.
Chosen
31
1
oxu.az

10Sources