EN

Sandu Moldovada prezident seçkilərində qalib gəlib

Bakı. Trend:

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərindəAleksandr Stoyanoqlo üzərində 10 faizə yazın fərqlə qalibgəlib.

Trend-inməlumatına görə, bu barədə noyabrın 3-də keçirilən seçkilərinikinci turunun ilkin nəticələrində qeyd olunub.

Mərkəzi Seçki Komissiyasının saytında dərc edilmiş ilkinsəsvermə nəticələrinə əsasən, M.Sanduya 908 196 seçici (54,91%),A.Stoyanoqloya isə 745 866 seçici (45,09%) səs verib.

Seçkilərdə 1 697 019 Moldova vətəndaşı iştirak edib ki, bu da54,28% təşkil edir. Bu saata kimi səsvermə protokollarının 98,6faizi hesablanıb.

Chosen
52
3
az.trend.az

4Sources