EN

OPEC+ hasilatın artırılmasını təxirə saldığı üçün neft bahalaşır

OPEC+ hasilatın artırılmasını təxirə saldığı üçün neft bahalaşır.

Marja xəbər verir ki, neft əvvəlki üç seansda ümumilikdə təxminən 3,3 faiz bahalaşdıqdan sonra həftənin ilk ticarət günündə də yüksəlişini davam etdirib.

Marja xəbər verir ki, Brent 2 faiz bahalaşaraq barreli 74 dolları keçib, ABŞ xam nefti 71 dollara yüksəldib. Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 74,21 dollardan ticarət olunub. 

OPEC+ gələn aydan gündəlik 180 min barel əlavə hasilata başlamağı planlaşdırırdı, lakin ilin qalan hissəsində hasilatı məhdud saxlayacaqlar.

Neftin qiyməti getdikcə daha dəyişkən olur. Gələn il hasilat ilə bağlı narahatlıqlar və əsas idxalçı Çində zəif tələb, dünya xam neftinin təxminən üçdə birini təmin edən Yaxın Şərqdəki iğtişaşlar qiymətlərə təsir göstərir. Neft bazarı bu həftə ABŞ seçkiləri və Çinin ali qanunverici orqanının iclası da daxil olmaqla, bir sıra mühüm hadisələrin şahidi olacaq.

Chosen
52
50
marja.az

10Sources