EN

Alman deputat: Trampın qələbəsi Aİ-nin ABŞ-dan asılılığını azaltmağa kömək edəcək...

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mümkün qələbəsi Avropanın Amerika hakimiyyətindən asılılığını azaldacaq...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından Bundestaqın deputatı Şteffen Kotre bildirib.

Parlamentarinin sözlərinə görə, Tramp daha çox daxili siyasətə diqqət yetirir. Kotre xatırladıb ki, Ağ Evin keçmiş rəhbəri müharibələrə başlamayan azsaylı ABŞ prezidentlərindən biridir.

“Müşahidələrimə görə, o, digər dövlətlərlə qarşıdurmada o qədər də maraqlı deyil”, deyə deputat qeyd edib.

Şteffen Kotre ümid etdiyini bildirib ki, Tramp Ukrayna və Rusiya arasında müharibəyə son qoyacaq, buna görə də Avropa və Almaniyanın işlərinə daha az qarışacaq. Bunun sayəsində Aİ öz gücünü artıra biləcək. Koteret qeyd edib ki, bu gün gündəmin əsas məsələsi ABŞ-dan emansipasiyadır.

Poliqon.info

Chosen
26
3
poliqon.info

3Sources