EN

Boliviyada nə baş verir? - 200-dən çox əsgər girov götürüldü...

Boliviyanın Koçabamba şəhəri yaxınlığındakı kazarma silahlı qrup tərəfindən ələ keçirilib.

News24.az CNN-ə istinadən xəbər verir ki, Boliviya ordusundan verilən açıqlamada qruplaşmanın çoxlu silah və sursat ələ keçirdiyi bildirilib.

Silahlı qrupa Koçabamba yaxınlığındakı kazarmaları “dərhal və dinc yolla” tərk etməyə çağırılıb və əks halda onların hərəkətlərinin “ölkəyə xəyanət” kimi qiymətləndiriləcəyi vurğulanıb.

Boliviya Xarici İşlər Nazirliyi hadisədə girov götürülən hərbçilərin sayının 200-dən çox olduğunu qeyd edib və prezident Luis Arce silahlı qrupun keçmiş prezident Evo Moralesə bağlı olduğunu iddia edib.

Onu da qeyd edək ki, ötən gün üç ayrı kazarma silahlı qruplar tərəfindən hücuma məruz qalıb və çoxlu əsgər girov götürülüb.

Günel Məlikzadə

Chosen
29
2
news24.az

3Sources