EN

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya və Ukrayna arasında hazırda davam edən müharibədə daha bir azərbaycanlı həlak olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, əslən Lənkəranın Separadi kəndindən olan həmyerlimiz Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiyanın Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.

Rusiya vətəndaşı olan 52 yaşlı Z.Əzimov bir neçə ay bundan əvvəl döyüşlərə qatılmışdı, ailəli idi.

Surxay Şahbazov

Chosen
18
12
qafqazinfo.az

10Sources