EN

MİDA-nın Hövsandakı kompleksinin sakinlərini işıqsız qoyan kimdir?

MİDA-nınArtıq bir neçə həftədir ki, MİDA-nın Hövsandakı yaşayış kompleksinin sakinləri problemlə üz-üzə qalıblar. Belə ki, kompleksin işıq təminatında böyük fasilələr yaranır. Bina sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, binanın elektrik enerjisi ilə təminatı bərbad vəziyyətdədir: “Tez- tez gecə saatlarında qısaqapanmalar olur. Dəfələrlə bu barədə soruşsaq da, bizə dəqiq səbəb deyilmir. Xüsusilə gecə saatlarında, bəzən də sakinlərin yuxuda olduğu vaxt enerji kəsilir. Sakinlərin onsuz da çətinliklə aldığı məişət avadanlıqları xarab olur. Amma buna görə kimsə məsuliyyət daşımır”.Sakinlər bildiriblər ki, yaşayış kompleksində elektrik təhlükəsizliyi üzrə mühəndis ştatı olsa da, bu vəzifəni kimin tutduğu məlum deyil:“Bir neçə sakinin kombi aparatı, kondisioner və soyuducusu yanıb, qısaqapanmalara görə sakinlərin hətta həyatı da təhlükədədir. Amma buna görə məsuliyyət daşıyan, sakinlərə cavab verən, bu problemin səbəbini açıqlayan və aradan qaldıran yoxdur. “Azərişıq” müraciətlərə məhəl qoymur, yaranmış texniki problemi aradan qaldırmaq üçün heç birfəaliyyət göstərmir. Sədr isə ümumiyyətlə, sakinlərin şikayətlərini dinləmək üçün bircə dəfə də olsun yolunu bu kompleksdən salmayıb. Ona görə də sakinlərin üzləşdiyi heç bir problemdən xəbərdar deyil”.Sakinlər deyirlər ki, şikayətlərini çatdırmaq üçün ünvan və ya vəzifəli şəxs tapmırlar:"Bu kompleksdə sosial müdafiəyə ehtiyacı olanlar yaşayırlar. Adı da üstündədir-sosial evlər. Amma bu, işinə məsuliyyətsiz yanaşanları qətiyyən narahat etmir. Hansısa kommunal xidmətə görə kiçik borca görə dəfələrlə sakini narahat edən qurumlar yaranmış problemi aradan qaldırmaq üçün bir cəhd belə etmirlər".“Bakufakt.az”

Chosen
53
yenisoz.az

1Sources