EN

Yaponiyada yeni işə salınan AES nasazlıq səbəbindən fəaliyyətini dayandırıb

Yaponiyanın “Tohoku Electric Power” operatoru Miyaqi prefekturasında oktyabrın 29-da yenidən işə salınan “Onaqava Atom Elektrik Stansiyası”nın (AES) ikinci enerji blokunu dayandırıb.

KONKRET.az  “Kyodo” agentliyinə istinadən xəbər verir ki,  stansiyada elektrik enerjisinin istehsalına noyabrın 3-də başlamaq planlaşdırılsa da, əməliyyat şirkəti reaktoru dayandırmaq qərarına gəlib. Səbəb avadanlıqlarda yaranan nasazlıqdır. Reaktorun daxilində neytronların ölçülməsi üçün avadanlıqların fəaliyyətini dayandırdığı dəqiqləşdirilir. İkinci reaktorun yenidən işə salınma vaxtı hələ bilinmir. Bundan əvvəl Yaponiyada “Chugoku Electric Power” şirkətinin idarə etdiyi “Şimane Atom Elektrik Stansiyası”nda  yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
34
konkret.az

1Sources