EN

10 manata görə 6 yaşlı qız boğub öldürdü

Türkiyədə 8 yaşlı Narin Güranın qətlindən sonra İstanbulun göbəyində daha bir azyaşlı qız öldürülüb.

"Unikal" xəbər verir ki, 6 yaşlı Şirin Elmas Hanilçinin meyiti qəbiristanlıqda aşkarlanıb. 

Çox keçmədən Şirinin qətlində şübhəli bilinən Mustafa Örün saxlanılıb. 

Şirini boğaraq öldürən kağız toplayıcısı Mustafa Örün polis idarəsində ifadəsində qan donduran ifadələr işlədilib. Örün bildirib ki, Şirin qəbiristanlıqda ondan 200 lirə (9, 90 AZN) istəyib:

"Uşaq arxamca gəldi. Məndən 200 lirə istədi. Əhvalım pis olduğu üçün əsəbiləşdim. Uşağı qəbiristanlığa apardım. Qızın qəbiristanlıqda taxdığı şərflə onu iki məzarın arasında boğdum". 

Kİşi barəsində cinayət işi açılıb. 

Chosen
24
48
unikal.az

10Sources