EN

Boliviyada sabiq prezidentin tərəfdarları qiyama qalxdı: hərbi baza ələ keçirilib, 200-dən çox əsgər girov götürülüb

Boliviyanın Koçabamba şəhəri yaxınlığındakı silahlı qiyam başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Koçabamba şəhəri yaxınlığındakı hərbi kazarmaya hücum edən silahlı dsətə oranı tamamilə ələ keçirib.

Məlumata görə, hücum zamanı ölən və yaralana haqda məlumat verilməsə də, hərbi bazada olan 200 əsgərin təslim olması deyilir: "Onların hamısı qiyamçılar tərəfindən girov götürülüb".

Boliviya ordusu faktı təsdiqləyib. Qeyd edilib ki, qiyamçılar bütün silah və sursata da sahiblənib: "Bu, çox təhlükəli vəziyyətdir. Onlar çoxlu silah götürüblər. Qiyamçıara səslənir və onlardan silahları təhvil verməyə, girovları azad etməyə və bazanı dərhal tərk etməyə çağırırıq. Biz bu məsələni dinc yolla həll edə bilərik. Əks halda, ölkəyə xəyanətin çox ağır əvəzi olacaq".

Xatırladaq ki, Morales oktyabrın 28-də yolda silahla hücuma məruz qalsa da, o, yaralanmadan hadisə yerindən ayrılıb. Hücuma görə Boliviya prezidenti Arceni günahlandıran Morales deyib ki, o, tarixin ən pis prezidenti kimi tanınacaq: "Keçmiş prezidenti güllətləmək artıq son nöqtədir".

Samir Musayev
MİA.AZ

Chosen
28
1
mia.az

2Sources