Ötən gün "Çelsi" ilə qarşılaşaraq heç-heçəyə (1:1) razılaşan "Mançester Yunayted" daha bir antirekordla diqqət çəkib.
Fanat.Az “The Athletic”-ə istinadən xəbər verir ki, Premyer Liqada xal baxımından ən pis mövsümünü yaşayan “qırmızı şeytanlar”da vurulan qollarla bağlı vəziyyət daha pisdir.
Komanda 10 turda cəmi 9 qol vurub ki, bu da klubun son 51 ildəki ən aşağı göstəricisidir. Mankunianlılar 1973/74 mövsümündə də çempionatın ilk 10 açılış matçında rəqib qapısına cəmi 9 dəqiq zərbə endirə bilib.
Bir həftə əvvəl Erik ten Haq "Mançester Yunayted"dəki işini itirdi. Müvəqqəti baş məşqçisi postunu Ruud van Nistelroy tutub.
Mirağa