EN

Zahid Orcu: “Bizə qarşı aparılan sistemli kampaniyanın da yalnız bir məqsədi var”

“Qələbəmizin qazanılmasında müstəsna liderlik və sərkərdəlik qabiliyyəti ilə seçilən Ali Baş Komandan İlham Əliyevin, şanlı ordumuzun və millətimizin yaratdığı tarixi salnaməni qoruyub saxlamaq, Böyük Qayıdışla yeni Vətən qurmaq, gələcək nəsilləri Zəfər ruhunda böyütmək hər birimizin ali və müqəddəs vəzifəsidir”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya. Şəbəkə. Faktlar. İfşa.” adlı kitabın təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

O bildirib ki, çoxəsrlik milli tarximizin parlaq səhifəsi olan Zəfərimizin 4-cü ildönümü qarşısında hər bir azərbaycanlı iftixar və qürur hissi keçirir, dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın 8 Noyabr təntənəsinə hazırlıqları yeni siyasi təqvim ətrafında xalqımızın birliyini göstərir. 

"Müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir. Bizə qarşı aparılan sistemli kampaniyanın da yalnız bir məqsədi var: Qələbəmizi əlimizdən almaq, mümkün olmadıqda onu kiçiltmək, xalqın gözündən və dəyərdən salmaq, məkrli planlar vasitəsilə ona zərbə vurub regionu beynəlmiləl toqquşma meydanına çevirmək, xaosla dövlətləri idarə etmək. Göründüyü kimi, bəzi dövlətlər və siyasi qüvvələr bir məramda birləşir: Vətən müharibəsi nəticəsində regionda baş verən geosiyasi inqilabın nəticələrini qəbul etmək istəmirdilər. Daha doğrusu, ölkəmizin Cənubi Qafqazda yeni arxitektura qurmasına qoymamağa çalışırdılar. Bu səbəbdən Qələbəmizdən sonra İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün qonşu xalqların mənafeyini müdafiə edərək, “əlinizi bölgəmizdən çəkin, imkan verin insanlar rahat nəfəs alsınlar” - deyərək, Qafqazda nizamın, sülhün və dincliyin əleyhinə olan dövlətlərə sərt çağırış etmişdi. Bəli, biz qalib dövlət kimi yeni status qazanan, yüksələn regional gücük". 

İsmayıl Bakuvi

Chosen
11
1
iqtisadiyyat.az

2Sources