EN

Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər ölüb

Hindistanın şimalındakı Marçula şəhəri yaxınlığında avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Məlumata görə, 45 nəfərlik avtobusun sürücüsü dağ yolunun çətin hissəsində idarəetməni itirib və avtomobil təxminən 200 m hündürlükdən uçuruma düşüb.

Ən azı beş nəfər hələ də itkin sayılır.

Hadisə yerində xilasetmə işləri davam edir.

Chosen
37
3
operativmm.az

4Sources