EN

Növbəti ildən kommunal ödənişlər BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

2025-ci ilin başlanmasına iki ay qalıb, artıq bir çox mütəxəssis öz sahəsinə uyğun olaraq növbəti illə bağlı proqnozlar verir. Məsələn, iqtisadçılar növbəti il dərmanların, ərzaqların, nəqliyyatın və s. qiymətində bahalaşmanın olub-olmayacağını açıqlayıblar. Ancaq  nəzərə almaq lazımdır ki, vətəndaşların ən çox pul xərclədiyi, diqqətdə saxladığı məsələlərdən biri də kommunal ödənişlərdir.

Buna görə də növbəti il kommunal qiymətlərinin necə olacağı maraq doğurur.

Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, kommunal qiymətlərinin bahalaşması üçün əsas yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Kommunal xidmətə görə limitlər ləğv edilsin - TƏKLİF


"Ölkədə kommunal xidmətlərin artırılması o qədər də uzaq tarixdə olmayıb. Yəni, uyğunlaşdırılmış qiymətlərdir. 2 il əvvəl qazın qiyməti 40%, suyun qiyməti 2 dəfə, işıq isə 30% bahalaşdı. Yəni, kommunal xidmətin bahalaşması üçün iqtisadi əsas yoxdur".

İqtisadçı açıqlamasında Türkiyə və Azərbaycanın enerji qiymətləri barədə də danışıb. O qeyd edir ki, Türkiyə enerji resurslarını idxal edən ölkədir. Azərbaycan isə  həm hasil, həm də ixrac edir.

Buna görə də Azərbaycan və Türkiyənin müqayisə olunması doğru deyil:

"Çünki Türkiyədə bu, xaricdən alınıb vətəndaşlara satılır. Həmçinin, hazırda Türkiyə iqtisadiyyatında sürətli inflyasiya mövcuddur. Bu  da enerji daşıyıcılarının qiymətini qəpik-quruşa çevirib. Buna görə də Türkiyə hökuməti bu qiymətləri yeni qiymətlərə indeksasiya etməyə məcburdur. Məsələn ötən ilin eyni dövrü ilə müqayisədə inflyasiya olubsa, görün, qazın, suyun, işığın qiyməti nə qədər dəyərdən düşüb. Yəni, onlar buna məcburdurlar. Amma bizdə belə bir gözlənti yoxdur".

Akif Nəsirli vurğulayıb ki, kommunal  qiymətlər dövlət tərəfindən tənzimlənir. Buna görə də bahalaşmanın olub-olmayacağını proqnozlaşdırmaq da çətindir:

"Ancaq bu gün kommunal xidmətlərin bahalaşması üçün Azərbaycanda iqtisadi zəmin yoxdur".

Nəzrin Mirzəyeva, Bizim.Media

Chosen
28
2
bizim.media

3Sources