EN

Körpəsini "Facebook"-da SATMAQ İSTƏDİ

ABŞ-nin Texas ştatında 21 yaşlı Juniper Brayson yeni doğulmuş körpəsini Facebook vasitəsilə satmağa cəhd edib.

News24.az xəbər verir ki, məhkəmə sənədlərinə görə, Bryson sentyabrın 22-də "Övladlığa götürən ailələri axtaran analar" adlı Facebook qrupunda yazıb və doğmamış körpəsi üçün övladlığa götürən ailə axtardığını elan edib.

Lakin Brayson daha sonra körpəsi üçün pul tələb etdiyini bildirib. ABC 13 kanalının məlumatına görə, Brayson tələb etdiyi pulun "yalnız yeni mənzilə köçmək, işə düzəlmək və qızını geri qaytarmaq və ya avtomobil almaq kimi ehtiyaclar üçün" olduğunu bildirib.

Polisin verdiyi məlumata görə, Brayson körpəsini övladlığa götürmək istəyən 7 fərqli şəxslə görüşüb. Luizianadan olan bir cütlük Bryson və körpəni görmək üçün Hyustona gəlib. Ancaq səyahətə üç saat qalmış Brayson cütlükdən 150 dollar göndərmələrini istəyib və "Əgər körpənin dəyəri 150 dollar deyilsə, onu unut" mesajını yazıb. Bunun üzərinə cütlük geri dönüb.

Doğuş zamanı Braysonla xəstəxanada olan Vendi Uilyams vəziyyəti Uşaq Müdafiə Xidmətlərinə (CPS) bildirib. Qısa müddət sonra Bryson başqa bir vacib həbs qərarı üçün həbs edilib.

Məryəm İlhamqızı

Chosen
37
1
news24.az

2Sources