EN

Politoloq: Trampın yaxud da, Harrisin hakimiyyətə gəlməsi dünya siyasətinə təsirsiz ötüşməyəcək...

Artıq 1 gündən sonra ABŞ-da prezident seçkiləri keçiriləcək...

Samir Hümbətov: “ABŞ-da keçiriləcək seçkinin təsirlərinin təkcə ABŞ-la məhdudlaşacağını düşünmürəm”.

“Tramp prezident seçilsə, İsraillə münasibətlərin yaxşı saxlanılmasına və İranla gərginləşən münasibətlərin bir az da gərginləşməsinə çalışacaq”.

Bu sözləri politoloq Samir Hümbətov ABŞ-da keçiriləcək prezident seçkilərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyiniz kimi, artıq sabah ABŞ-da prezident seçkiləri keçiriləcək. Bütün dünyanın diqqəti bu tədbirə yönəlib. Seçkidə Demokratların və Respublikaçıların namizədlərinin şansları isə demək olar ki, bərabər görünür. Ekspertlər seçkilərin taleyinin dünya siyasətində ciddi dəyişikliklə paralellik təşkil edəcəyini düşünür.

Bəs, ABŞ-da seçkilərində Trampın qələbəsi Vaşinqtonun xarici siyasətində nələrin dəyişməsinə start verəcək və bu dəyişikliklərin təsirləri əsasən hansı coğrafiyalarda hiss olunacaq?

ABŞ-da baş verəcək siyasi gedişləri Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əgər Harris qalib gələrsə, bu İranla münasibətlərə ciddi təsir edəcək. ABŞ İranla münasibətlərin korlanmamasına doğru addımlar ata bilər”.

Ukraynadakı böhranın Trampın hakimiyyətə gəlməsindən sonra bitməsini mümkün hesab edən politoloq Poliqon-a bildirib ki, eyni zamanda Yaxın Şərq məsələsində, Afrikada da vəziyyət dəyişə bilər:

ABŞ-da keçiriləcək seçkinin təsirlərinin təkcə ABŞ-la məhdudlaşacağını düşünmürəm. Yəni Donald Trampın da, Kamala Harris də qalib gəlməsi ABŞ-ın xarici siyasətinə ciddi təsir edəcək. Məsələn, əgər Harris qalib gələrsə, bu İranla münasibətlərə ciddi təsir edəcək. ABŞ İranla münasibətlərin korlanmamasına doğru addımlar ata bilər. Eyni zamanda İsrailin üzərinə gedilməsi və Təl-əvivin nisbətən cilovlanmasl da mümkündür. Çünki Demokratlar İsraillə yola getmirlər.

Tramp prezident seçilsə, İsraillə münasibətlərin yaxşı saxlanılmasına və İranla gərginləşən münasibətlərin bir az da gərginləşməsinə çalışacaq. Tramp Çinlə münasibətləri nisbətən gərgin məcrada davam etdirsə də, Şimali Koreya, Rusiya ilə münasibətləri normal tutmağa çalışır.

Samir Hümbətov: “Harris Yaxın Şərqdə İsraili məcbur edib ikidövlətli bir idarəetmənin yaradılması istəyinə cəhd edə bilər”.

Həmçinin Ukraynadakı böhranın Trampın hakimiyyətə gəlməsindən sonra bitməsi mümkündür. Eyni zamanda Yaxın Şərq məsələsində, Afrikada da vəziyyət dəyişə bilər. Tramp Avropa ilə münasibətlərinə də yenidən baxa bilər. Amma bütün səlahiyyətlərin tam olaraq Trampın əlində olması da inandırıcı görünmür.

Amma Harris prezident olarsa, Ukrayna müharibəsinin davam etdirilməsi, Rusiya ilə münasibətlərin daha da pisləşməsi, Avropa ilə əlaqələrə önəm verməsi mümkündür. Şimali Koreya ilə münasibətlər gərgin olaraq saxlanıla bilər. Həmçinin Harris Fələstində İsraili məcburən ikidövlətli bir idarəetmənin yaradılması istəyinə cəhd edə bilər.

Qeyd etdiyim regionlarda ciddi qarşıdurma namizədlərə görə dəyişə bilər. Trampın yaxud da, Harrisin hakimiyyətə gəlməsi dünya siyasətinə təsirsiz ötüşməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
38
26
poliqon.info

10Sources