EN

Heyvan bazarlarının quruluşuna və yerləşməsinə dair tələblər müəyyənləşdi

Heyvan bazarlarının quruluşuna və yerləşməsinə dair tələblər müəyyənləşib.

 

Tələblər yeni təsdiqlənən heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydalarda əksini tapıb.

 

Belə ki, heyvan bazarları kənd təsərrüfatına yararsız torpaq sahələrində olmaqla, yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdirilir:

 

- avtomobil yollarından - 30 metr;

 

- fermalardan - 200 metr;


- su hövzələrindən - 100 metr;


- sənaye müəssisələrindən - 100 metr;


- yaşayış binalarından - 100 metr;

 

Heyvan bazarlarında xidmət göstərən dayanacaqlar, istirahət meydançaları, ictimai-iaşə və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılmalıdır. Eyni zamanda heyvan bazarları epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanmalıdır.

 

Heyvan bazarlarının yerləşdiyi ərazinin 4 tərəfi minimum 1.5 metr hündürlükdə, heyvanların hərəkətinin qarşısını alabilən material ilə hasarlanmalıdır. Heyvan bazarlarında insanlar və nəqliyyat vasitələri üçün ayrı giriş-çıxış qapıları olmalı və bu qapılardan kənar yerlərdən giriş-çıxışa yol verilməməli, bu qapılarda dezobaryerlər quraşdırılmalıdır.

 

Bundan başqa, heyvan bazarlarında heyvanların nəqliyyat vasitələrindən boşaldılaraq satış üçün nümayiş olunması və ya yüklənməsi üçün arakəsmələr, satışı həyata keçirilən heyvanların növünə və fizioloji vəziyyətinə (boğaz heyvanlar, balalı heyvanlar və s.) uyğun müvəqqəti yerləşdirilmə, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması, nəqliyyat vasitələrinin təmizlənməsi, yuyulması və dezinfeksiyası, yemlərin saxlanması, tullantıların toplanması, baytarlıq nəzarəti və inzibati (müdiriyyət, baytar müfəttişi, baytar həkimi və s. üçün otaqlar) və yardımçı (işçilərin soyunub-geyinmə, sanitar qovşaq, ləvazimatların və avadanlıqların saxlandığı, giriş-çıxış qapılarında nəzarətçi və s. otaqları ) bölmələri olmalıdır.

 

Report

Tarix: 4 Noyabr 2024, 12:44   
Chosen
37
7
pravda.az

9Sources