EN

“Gender əsaslı zorakılıq əleyhinə mübarizə” təlimləri keçirilib - FOTOLAR

Xızı rayonunda “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” təlimləri keçirilib.

QHT.az xəbər verir ki, BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıq çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda Bakı şəhərində keçirdiyi kaskad təlimlər noyabrın 1-də Xızı rayonunda da təşkil olunub. Xüsusi təcrübəli təlimçilər tərəfindən keçirilən təlimdə iştirakçılara gender əsaslı zorakılığın müxtəlif aspektləri, onun səbəbləri və cəmiyyət üzərindəki təsirləri ətraflı şərh olunub. Həmçinin mübarizə strategiyaları və yerli icmalarda bu məsələlərin həlli yolları müzakirə olunub.

Müxtəlif sahələrdən olan 16 iştirakçının qatıldığı təlimin keçirilməsi iştirakçıların mövzu üzrə məlumatlandırılaraq, qazandıqları bilikləri öz icmalarında yaymasını, gender bərabərliyinin təmin olunmasını və zorakılığın qarşısının alınmasını hədəfləyir.

Chosen
40
qht.az

1Sources