EN

Disney rejissoru pedofiliya və insan alverinə görə 25 il həbs cəzası ALDI – FOTO

Fransada 25 il həbs cəzasına məhkum edilmiş pedofil-animator ilə bağlı yeni məlumatlar üzə çıxıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Bildirilir ki, Fransada 25 il həbs cəzasına məhkum edilmiş pedofil, Disney və Pixar animatoru ilə bağlı təfərrüatlar ortaya çıxıb.

59 yaşlı Bolem Buşiba 2012-2021-ci illər arasında uşaqlara cinsi zorakılıq etməkdə təqsirli bilinib. Eyni zamanda o, 50 avrodan 100 avroya qədər pul ödədiyi cinayət ortaqlarının köməyindən istifadə edib.

Qurbanlar əsasən Filippində yaşayırdı və o, zorakılığı telefon vasitəsilə canlı izləyib və əmrlər verib. Buşhibanın ən kiçik qurbanının 2 yaşı olub, digərləri isə 5-10 yaş arasında idi.

Söhbət “yüzlərlə epizoddan” gedir.

Bundan əlavə, animator insan alverində şərik olmaqda ittiham olunub. O, həmçinin uşaq pornoqrafiyası ilə bağlı başqalarına məsləhətlər verib.

Buşiba məhkəmədə günahını etiraf etdiyini bildirib.

Bolem Buşiba 1990-cı illərdən bəri “Tarzan”, “Superailə”, “Lilo və Stitç”, “Ratatuy” və “Yuxarı” cizgi filmləri üzərində işləyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
18
1
interpress.az

2Sources