EN

Trampdan İLGİNC ÇIXIŞ 

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini qəbul etməyəcəyini bildirib və həmin məğlubiyyətdən sonra Ağ Evi tərk etməsinin səhv olduğunu söyləyib.

Musavat.com xəbər verir ki, o, bu barədə Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı danışıb.

“Mən getdiyim gün bu ölkənin tarixində ən etibarlı sərhədə sahib idik. Mən getməməliydim. Biz yaxşı idarə edirdik və hər şey əla görünürdü”, - deyə eks-prezident bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Trampın rəqibi Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris olacaq.

Musavat.com

Chosen
34
musavat.com

1Sources