Argentinalı hücumçu Lionel Messi 2026-cı ildə "Barselona"ya qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə "Gol Digital" məlumat yayıb.
Messinin 2026-cı il dünya çempionatına hazırlaşmaq üçün Kataloniya klubuna dönməyi mümkündür. Leo hazırda "İnter Mayami"nin oyunçusudur. Argentinalının komanda ilə müqaviləsi 2025-ci ilin sonuna qədərdir.
Argentinalı superulduz 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına hazırlaşmaq üçün "Barselona" ilə qısamüddətli müqavilə imzalaya bilər.