Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Manisa şəhərinə aid məsir məcununun da siyahıya daxil olması ilə Avropa İttifaqı (Aİ) tərəfindən təsdiqlənən coğrafi işarəli məhsul sayının 28-ə yüksəldiyini bildirib. O, mövzu ilə bağlı sosial media hesabında paylaşım edib.
Məsir məcununun Aİ tərəfindən təsdiqlənən coğrafi işarəli məhsul siyahısına daxil olmasını paylaşan Kacır bunları qeyd edib: "41 fərqli ədviyyatla hazırlanan, şəfalı tərkibi və əsrlik ənənəsi ilə məsir məcunumuz mədəni irsimizin ən dəyərli dadları arasında yer alır. Yerli inkişaf təşəbbüsü ilə Anadolu zənginliklərini dünyaya tanıtmağa davam edirik."