EN

Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 15-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Xidmətin Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Füzuli, Laçın, Xocalı şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 07 noyabr 2024-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Chosen
10
5
sia.az

6Sources