Türkiyədə bələdiyyə sədri və sürücüsü öldürülüb.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, onlara sui-qəsd təşkil olunub.
Balışeyh bələdiyyə sədri Hilmi Şen və sürücüsü Mikail Çelikkol dərhal xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hücum nəticəsində ümumilikdə 5 nəfər yaralanıb. Digər 3 nəfərin vəziyyəti ağır olaraq qalır.