EN

Naxçıvanın yeni icra başçısı daha əvvəl bu qurumlarda çalışıb

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sabah.az xəbər verir ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

Türkiyədə ali təhsil alan C.Musayev iqtisad üzrə fəlsəfə doktorudur.

O, 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprelindən yeni təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsini tutub.

Chosen
21
22
sabah.az

10Sources