EN

"Mançester Yunayted" antikrekorda imza atıb

Ötən gün "Çelsi" ilə qarşılaşaraq heç-heçəyə (1:1) razılaşan "Mançester Yunayted" daha bir antirekordla diqqət çəkib.

Oxu.Az "The Athletic"ə istinadən xəbər verir ki, Premyer Liqada xal baxımından ən pis mövsümünü yaşayan "qırmızı şeytanlar"da vurulan qollarla bağlı vəziyyət daha pisdir.

Komanda 10 turda cəmi 9 qol vurub ki, bu da klubun son 51 ildəki ən aşağı göstəricisidir.

Qeyd edək ki, "mankunianlar" 1973/74 mövsümündə də çempionatın ilk 10 açılış matçında rəqib qapısına cəmi 9 dəqiq zərbə endirə biliblər.

"Cebheinfo.az"

Chosen
4
1
cebheinfo.az

2Sources