EN

Süni intellektin elektron tullantıları milyonlarla ton olacaq

Süni

Altı ildən sonra süni intellektdən istifadə nəticəsində milyonlarla ton elektron tullantının toplanacağı proqnozlaşdırılır.

Reyting.az
xəbər verir ki, Çin Elmlər Akademiyasının Şəhər Ətrafı Mühit İnstitutunun bir qrup ekoloqunun və onların İsrailin Reyhman Universitetinin əməkdaşları olan ekoloq həmkarlarının bununla bağlı birgə çıxışı dərc olunub.

Ekoloqların araşdırmaları göstərir ki, generativ süni intellektdən istifadə çox böyük miqdarda tullantıların yaranmasına səbəb ola bilər. Bu elmi roqnoz komponentlərin həcminin hesablanmasına əsaslanır, yeni siyahıya həm də 2030-cu ilə qədər süni intellekt tətbiqlərini işə salmaq məqsədilə istifadə olunacaq ana platalar və batareyalar da daxildir. Alimlərin izahında deyilir ki, müxtəlif dövrlər üçün nəzərdə tutulmuş və yeniləri ilə əvəz edilməli olan digər avadanlıqların üzərində də iş gedir.

Tədqiqatçılar süni intellektin çoxlu resurs istehlak etməsindən narahatdırlar ki, bu da çoxlu batareya tələb edəcək. Məlum olduğu kimi, hər bir avadanlığın məhdud işləmə müddəti var, məhz elə buna görə istifadə müddəti bitdikdən sonra onların atılması ilə bağlı problemlər yarana bilər.

Çinli və israilli tədqiqatçıların fikrincə, gözlənilən elektron tullantıların həcmini qiymətləndirmək üçün beynəlxalq ekoloqlar qrupu həm də orta məlumat mərkəzlərində bu məqsədlə quraşdırılmış həmin müasir avadanlıqların miqdarını da nəzərə alıblar. Mövcud templər davam edərsə, süni intellekt 6 il ərzində demək olar ki, 5.000.000 tona qədər tullantılar yarada bilər. Bu rəqəmin daha da yüksək olması mümkün hesab edilir.

Oqtay QORÇU
Chosen
30
reyting.az

1Sources