EN

Fransa müxalifətinin lideri Moldovadakı seçkiləri saxta adlandırdı

Moldovadakı seçkilər böyük səs-küy yaradıb. Qərbin dəstəklədiyi Maia Sandu isə yenidən ölkə prezidenti seçilib.

KONKRET.az xəbər verir ki, Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot özünün “X” sosial hesabında paylaşım edib və Moldovadakı seçkiləri belə xarakterizə edib: “Qərbyönümlü siyasətçi Maia Sandu Vaşinqton və Brüssel tərəfindən Moldova prezidenti postuna “yenidən seçildi”. O, xarici diasporun səsləri sayəsində qalib gəldi, bu faktı  yoxlamaq isə çox çətindir. Avropapərəst və NATO tərəfdarı yalnız xaricdəki moldovalıların səsləri sayəsində  qələbə qazandı”. Filippot qeyd edib ki, eyni sözləri iki həftə əvvəl Moldovada Avropa İttifaqına daxil olmaq üzrə keçirilən referendum haqqında da demək olar.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
28
konkret.az

1Sources