İkinci Liqada "Hypers Guba" və "Füzuli" arasında baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 8:1.
Quba təmsilçisi artıq 39-cu dəqiqədə rəqib qapısından 6-cı qolu keçirib.
Amma Vüqar Nadirovun yetirmələrinin vurduğu qol birmənalı qarşılanmayıb.
Buna səbəb qubalı futbolçuların fayr-pleyə əməl etməməsi olub.
Belə ki, "Füzuli"nin futbolçuları "Hypers Guba"nın yerdən qalan futbolçusuna yardım etdiyi anda top oyuna daxil edilib.
Və davamında milli komandamızın sabiq üzvü Cavid İmamverdiyev fərqi 6 topa çatdırıb.
Qonaqların etirazına və hesab arasındakı böyük fərqə baxmayaraq nə İmamverdiyev, nə də yoldaşları buna məhəl qoymayıb.
XANOÄžLAN/SPORTÄ°NFO.AZ
Haqqında bəhs etdiyimiz qola aşağıdakı linkdə baxa bilərsiniz: