Bakı. Trend:
Hindistanın Uttar Pradeş əyalətində Hindistan Hava Qüvvələrinəməxsus rus istehsalı olan MiQ-29 döyüş təyyarəsi gündəlik təlimuçuşu zamanı qəzaya uğrayıb.
Trend xəbərverir ki, bu barədə Hindistan Hava Qüvvələrinin yazılıaçıqlamasında bildirilib.
Açıqlamada bildirilir ki, təyyarə sistem nasazlığı səbəbindənboş bir əraziyə düşüb və alovlanıb.
Qeyd edilib ki, pilot paraşütlə təhlükəsiz bir yerə tullanıb.Hadisə nəticəsində itki və xəsarət alan olmayıb.
Qəzanın səbəblərinin müəyyən edilməsi üçün Hindistan HavaQüvvələri tərəfindən araşdırma işləri başlanılıb.