EN

Cari tədris ilində Naxçıvanda 16 təhsil müəssisəsinin rəhbəri  vəzifəsindən  azad olunub...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil Şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub. 

“İki sahil” xəbər verir ki,  aparılmış monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara  görə 13 məktəb, 1 məktəbdənkənar təhsil müəssisəsinin direktoru, 2  bağça müdiri vəzifəsindən azad olunub,  15 direktora xəbərdarlıq,  15 direktora şiddətli töhmət, 3 direktora isə  sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

Chosen
31
35
ikisahil.az

10Sources