EN

Gürcüstanda etirazlar davam edir

Tbilisidə müxalifət partiyalarının liderləri və onların tərəfdarları parlament seçkilərinin nəticələrinə qarşı yürüşləri davam etdirirlər.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.

Onlar müxalifət partiyası "Lelo"nun ofisinin yerləşdiyi paytaxtın dəmir yolu vağzalına toplaşıblar. Planlaşdırılan mitinqdə iştirak etmək üçün parlament binasının yerləşdiyi əraziyə gediblər. Yürüş iştirakçıları əllərində Gürcüstanın və Aİ-nin bayraqlarını tutublar. Onlar ölkədə keçirilən seçkilərin saxtalaşdırıldığını və təkrar səsvermənin keçirilməsini tələb edirlər.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səs toplayaraq, qalib olub.

Türkan İSGƏNDƏRLİ

Chosen
38
redaktor.az

1Sources