EN

“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən "Tərtər işi” üzrə təqsirləndirilən dörd hərbi qulluqçunun – Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşiyevin həbs müddəti  3 ay azaldılıb.


Onların üzərindən Azərbaycan Cinayət Məcəlləsinin 341-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) üzrə ittihamlar götürülüb.


Ötən həftə Bakı Hərbi Məhkəməsi Ruslan Mikayılovu 6 il 6 ay, Cabir Qəhrəmanovu 6 il 8 ay, Elçin Əliyevi 5 il 8 ay, Sənan Maşiyevi isə 4 il 11 ay müddətinə azadlıqdan məhrum edib.

 

Aytac Zeynalova


www.anews.az
Chosen
34
anews.az

1Sources