EN

Culfa Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb

2024-cü il 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətində hüquq mühafizə orqanlarının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları və Azərbaycan Avtomobil Yolları Dövlət agentliklərinin, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının rəhbərlərindən ibarət xüsusi qərargah yaradılıb.

“İki sahil” xəbər verir ki,  həmçinin rayon ərazisində yarana biləcək çatışmazlıqların operativ şəkildə aradan qaldırılması üçün icra hakimiyyətində, inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə, xidmət təşkilatlarında “qaynar xətt” və fasiləsiz növbətçilik sistemi təşkil edilib.

 Bu gün Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara xanım Hüseynovanın iştirakı ilə qərargahın iclası keçirilib. Sara xanım bütün vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz  fəaliyyətinin təmin edilməsi istiqamətində və ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Chosen
30
ikisahil.az

1Sources