EN

XİN: "COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər"

Azərbaycan hökuməti COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) onlayn qeydiyyat sistemi vasitəsilə müraciət edilə bilən "COP29 Xüsusi Viza" təqdim edib.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, COP29 Xüsusi Viza"sını iştirakçılara göndərilən UNFCCC qeydiyyat təsdiq məktubundakı link və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar: "Sonuncu halda qeydiyyat məktubu səfər üçün əsas təsdiqedici sənəd kimi qəbul ediləcək. COP29 Xüsusi Viza"sı sahibinə Azərbaycan Respublikası ərazisinə birdəfəlik giriş və ölkə ərazisində 30 günədək qalmaq hüququ verir.

Chosen
22
19
mia.az

10Sources