EN

İkli vəkilə töhmət verildi, birinin fəaliyyəti dayandırıldı

Bakı. Trend:

Yol verdikləri intizam pozuntularına görə iki vəkilə xəbərdarlıqedilib, iki vəkilə töhmət verilib, iki vəkilə irad tutulub, habeləbir vəkilin fəaliyyəti bir il müddətinə dayandırılıb.

Trend xəbər verir ki, bubarədə bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbətiiclasında qərar qəbul edilib.

Məlumata görə, vəkillik fəaliyyətləri dayandırılmış iki vəkilin,bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin özistəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən ikivəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədəmüraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, iclasda Rəyasət Heyəti tərəfindən “İcra hüququ”Komitəsi ilə “Deontologiya” Komitəsinin yaradılması ilə bağlı qərarqəbul edilib. Nəzərə çatdırılıb ki, “Deontologiya” Komitəsivəkillərin peşəsinin tətbiq edilməsi zamanı lazım olan əxlaqi dəyərvə etik qaydaların araşdırılması məqsədi ilə yaradılıb.

“İcra hüququ” Komitəsinin təsis edilməsində məqsəd isə ölkədəməhkəmə qərarlarının icrası təcrübəsində rast gəlinən problemlərinmüzakirəsi və həllində vəkillərin iştirakını genişləndirmək, icraprosedurlarının müasir dövrün tələblərinə uyğun təşəkkül tapmasına,nəzəri və təcrübi tədqiqatlarda vəkilliyin potensialının maksimalcəlb edilməsinə nail olmaqdır. Vəkillərin İntizam Komissiyasınınüzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov“Deontologiya” Komitəsinə və Vəkillərin İntizam Komissiyasının üzvüElşən Səfərov isə “İcra hüququ” Komitəsinə sədr seçilib.

Chosen
47
10
az.trend.az

10Sources