EN

Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Bildiyimiz kimi, Bakıda bir sıra yollarda velosiped zolaqlarıçəkilib və çəkilməkdə davam edir. Lakin əfsuslar olsun ki, bir sırahallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadəetmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyiyoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisiİdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirlibildirib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təminedilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyathadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktiktədbirlər həyata keçirilir.

“Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobudşəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsisürücülərinin həyatlarını təhlükə altına atırlar. Xüsusilə dəvelosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadəetmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cımaddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqazolaqla hərəkət etməsi qadağandır.

Belə hallar aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 338-cimaddəsinə əsasən, həmin sürücü üçün 40 manat məbləğində cərimənəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, bu tip nəqliyyatvasitələrini idarə edən sürücülərdən yol hərəkəti qaydalarına ciddişəkildə riayət etmələrini xahiş edirik”, - deyə T.Nəsirli əlavəedib.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov daTrend-ə bildirib ki, İnzibatiXətalar Məcəlləsində velosiped idarə edən şəxslər üçün cərimənəzərdə tutulur.

“Əgər onlar piyadalara mane olarlarsa, 40 manat cəriməolunurlar. Əgər velosiped zolağı varsa, velosipedlər həmin zolaqlahərəkət etməlidirlər, zolaqdan kənarda digər nəqliyyatvasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdırlar.

Bu qaydaları pozanlar üçün qanunvericilikdə cərimələr nəzərdətutulur. Velosiped sürücüləri də qaydalara riayət etməlidirlər”, -deyə o əlavə edib.

Məqalədə:
Chosen
21
14
az.trend.az

10Sources