EN

Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xariciişlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət,bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflıməlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıqdoğurduğunu diqqətə çatdırıb.

Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyiBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri iləbağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinətoxunulub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Chosen
53
41
az.trend.az

10Sources