EN

UEFA-dan  “Beşiktaş”– “Makkabi” matçı barədə gözlənilməz QƏRAR

UEFA Avropa Liqası çərçivəsində noyabrın 28-də baş tutacaq “Beşiktaş” (İstanbul ) – “Makkabi” (Təl-Əviv) qarşılaşması İstanbulda oynanılmayacaq.

Heftelik.az-ın xəbərinə görə, UEFA qarşılaşmanın İstanbuldan kənarda, tərəfsiz ölkədəki stadionda oynanılmasına qərar verib.

Matçın keçiriləcəyi ölkə və stadion bu həftənin sonuna qədər elan olunacaq.

UEFA Türkiyə Futbol Federasiyası ilə müzakirə apararaq qərarını bildirib.

Qeyd edək ki, Qəzza və Livana hücumla əlaqədar İsrail-Türkiyə münasibətlərində gərginlik hökm sürür. Türkiyə İsraillə iqtisadi əlaqələri dayandırıb.

 

 

Chosen
50
heftelik.az

1Sources