EN

Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakı. Trend:

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyətiqurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində beynəlxalq axtarışaverilmiş cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaqölkəmizə gətirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə bildirilib ki, noyabrın 2-də İnterpolunAzərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindənbeynəlxalq axtarışa verilən daha bir nəfər şəxsin nazirliktərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma vəqanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-cimaddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittihamedilmiş Allahverdi Məmmədovun yeri Almaniya FederativRespublikasında müəyyən olunaraq həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusuvə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin ƏdliyyəNazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunaraq,A.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin vəPenitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadanölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaqTəcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davametdirilir.

Chosen
20
48
az.trend.az

10Sources