EN

Azərbaycanda 16 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI 

Cari tədris ilində Naxçıvanda 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad olunub, 33 direktora xəbərdarlıq edilib, töhmət və şiddətli töhmət verilib

 

Modern.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub.  

 

Monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara görə 13 məktəb, 1 məktəbdənkənar təhsil müəssisəsinin direktoru, 2 bağça müdiri vəzifəsindən azad olunub, 15 direktora xəbərdarlıq, 15 direktora şiddətli töhmət, 3 direktora isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

Chosen
51
35
modern.az

10Sources