EN

Bu tarixlərdə hansı avtobuslar ödənişsiz olacaq?

  Məlum olduğu kimi, Azərbaycan noyabrın 11-dən 22-nə kimi beynəlxalq tədbirə ev sahibliyi edəcək. BMT-nin COP29 iqlim sammiti çərçivəsində ölkəmizə 80 min insanın gəlməsi gözlənilir.

Referans.az xəbər verir ki, ilkin məlumata görə, artıq 40 minə yaxın adam qeydiyyatdan keçib.

Lakin qeydiyyatdan keçən şəxslərin sayı ilə bağlı son məlumatlar hələ təqdim edilməyib. Çünki informasiya daima olaraq yenilənir.

Digər məlumatlara görə, Bakının əsas mərkəzi küçələri müvəqqəti olaraq bağlana bilər.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə tam açıq olan küçələr adını açıqlayıb.

O bildirib ki, Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq.

 
Qeyd edək ki, bu günə qədər bəzi ərazilərdə gün ərzində bir neçə yollar monitorinq məqsədilə bağlanır. Amma tədbir zamanı bütün yolların bağlanacağı ilə bağlı hər hansı bir rəsmi məlumat yoxdur.

Bundan başqa, Bakı və Abşeronda, eləcə də Sumqayıtda təhsil ocaqlarında noyabrın 8-dən 25-nə kimi tətili elan olunub. Həmin günlərdə distant təhsilin keçirilməsi mümkündür.

Məlumat üçün bildiririk ki, COP29-la bağlı Bakıya gələn qonaqların yerləşdirilməsi üçün bir çox otellərin aylar öncə bron edildiyi deyilir.

COP29 konfransı ərzində gözlənilən yüksək tələb və sıx uçuş qrafiki səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanının bütün terminallarının tam istifadə olunacağı gözlənilir.

Tədbir zamanı COP29 avtobusları ödənişsiz olacaq. /Globalinfo.az

Chosen
54
1
referans.az

2Sources