İngiltərənin "Arsenal" komandasının idman direktoru Edu Qaspar vəzifəsindən ayrılıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2019-cu ildən "topçular"ın uğurları üçün çalışan 46 yaşlı braziliyalı mütəxəssis, 2022-ci ildən idman direktoru vəzifəsini icra edirdi.
Qeyd edək ki, "Arsenal" Premyer Liqada on turdan sonra 18 xalla 5-ci sırada qərarlaşıb.