EN

Marsdan gələn yadplanetli siqnalı deşifrə edildi

Elm həvəskarları "A Sign in Space" layihəsinin bir hissəsi olaraq 23-cü ilin yazında "ExoMars Trace Gas Orbiter" zondu tərəfindən Mars orbitindən ötürülən mesajın şifrəsini açmağa müvəffəq olublar.



Sfera.az xəbər verir ki, ilk şifrələmə amerikalı ata və qızı Ken və Kelli Çeffin tərəfindən deşifrə edilib. Bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.


“A Sign in Space” layihəsi yerdənkənar sivilizasiyalardan gələn mesajların deşifrə edilməsində hansı üsulların faydalı ola biləcəyini yoxlamaq üçün yaradılıb. Ken və Kelly Chaffin, intuisiyalarına əməl edərək və bir çox fərziyyələri sınaqdan keçirərək kodlaşdırılmış mesajı deşifrə edə bildiklərini söyləyiblər. Onlar müəyyən ediblər ki, proqramda zülallar və amin turşuları haqqında məlumat var.

İnci

Chosen
61
sfera.az

1Sources