EN

İki vəkilə töhmət verildi, birinin fəaliyyəti dayandırıldı

Image

Yol verdikləri intizam pozuntularına görə iki vəkilə xəbərdarlıq edilib, iki vəkilə töhmət verilib, iki vəkilə irad tutulub, habelə bir vəkilin fəaliyyəti bir il müddətinə dayandırılıb.

Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib.

Məlumata görə, vəkillik fəaliyyətləri dayandırılmış iki vəkilin, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

ZÜMRÜD





Chosen
10
10
baki-xeber.com

10Sources