EN

Psixi pozuntulara aydınlıq gətirilib

Psixi pozuntulara aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Bütün psixi xəstəliklərə aid maddələr üzrə şəhadətləndirilərkən əvvəllər keçirdiyi xəstəliklər və yalnız ixtisaslaşmış səhiyyə müəssisələrindən arayış və çıxarışlarda diaqnozu göstərməklə sorğu əsasında sübut olunan xəstəliklər əsas götürülür. 

 

MaddəXəstəliklərin adı, funksiyaların pozulma dərəcəsiHərbi xidmətə yararlılıq kateqoriyası
I qrafaII qrafaIII qrafa
14Simptomatik və neyrokoqnitiv daxil olmaqla, üzvi psixi pozuntular:   
a) ağır və davamlı üzvi pozuntular olduqdaDDD
b) orta ifadəli, davamlı üzvi psixi pozuntular olduqdaCCC
c) orta ifadəli üzvi psixi pozuntular olduqdaCBB
ç) yüngül ifadəli və (və ya) qısa müddətli üzvi psixi pozuntular olduqdaÇÇÇ
 d) sağalma ilə nəticələnmiş üzvi psixi pozuntularA-4AA

 

Açıqlama:

Bu maddəyə etiologiyası MSS-nin zədələnməsi nəticəsində serebral disfunksiya olan psixi pozuntular qrupu aiddir. Bu disfunksiya birincili ola bilər, yəni birbaşa baş beyinə təsir edə bilər (KBT, insult, ensefalit, Altsheymer xəstəliyi və s.) və ya ikincili, sistem xəstəlikləri kimi, bir çox başqa orqanlara təsir etdiyi kimi baş beyni də zədələyir (məsələn, İİV, infeksiyalar, intoksikasiya, endokrin xəstəliklər, şüalanma və s.). Psixoaktiv maddələrin istifadəsi nəticəsində yaranan psixi pozuntular və anadangəlmə neyropsixi inkişaf pozuntuları bu maddəyə daxil edilmir. Psixi xəstəliklər üzrə şəhadətləndirilərkən əvvəllər keçirdiyi xəstəliklər və yalnız ixtisaslaşmış səhiyyə müəssisələrindən arayış və çıxarışlarda diaqnozu göstərməklə sübut olunan xəstəliklər əsas götürülür. 

Şəhadətləndirilmə nevroloji, instrumental (KT, MRT, EEQ) və laborator müayinələr daxil olmaqla stasionar müayinədən sonra aparılır.

Chosen
45
heftelik.az

1Sources